Dollar, avro, funt sterlinq bahalaşdı

Dollar, avro, funt sterlinq bahalaşdı

 

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

Bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 13-ü ilə müqayisədə 0,26% bahalaşaraq 1,7475 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8535 manatdan 1,8590 manatadək artıb. 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 0,0286 manatdan 0,0287 manatadək bahalaşıb. Türkiyə lirəsinin məzənnəsi 0,5014 manatdan 0,5007 manatadək azalıb.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2090 manatdan 2,2116 manatadək bahalaşıb.

Gürcüstan larisinin məzənnəsi isə 0,6670 manat olub.

 

 
 
 
 

OXŞAR XƏBƏRLƏR