Bu tarixdə imtahan keçiriləcək - Dövlət qulluqçusu olmaq istəyənlərin DİQQƏTİNƏ!

Bu tarixdə imtahan keçiriləcək - Dövlət qulluqçusu olmaq istəyənlərin DİQQƏTİNƏ!

Dövlət İmtahan Mərkəzi tərəfindən 11 avqust 2024-cü il tarixində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati icraçı (B növü) vəzifələri üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.


Sfera.az xəbər verir ki, bu barədə Dövlət İmtahan mərkəzindən məlumat verilib.


İmtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet” (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” və ya “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidmətləri vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.


Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə qəbul üzrə test imtahanı


İnzibati icraçı (B növü) vəzifələr üzrə test imtahanında iştirak etmək üçün qeydiyyat 31 iyul saat 11:00-dək aparılacaq. İmtahan Bakı (2500 yer) və Naxçıvan (400 yer) şəhərlərində təşkil olunacaq.


Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan


Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı Bakı və Naxçıvan şəhərlərində AB, AC, BA qrupları üzrə kompüter vasitəsilə, BB qrupu üzrə isə kağız daşıyıcılar vasitəsilə keçiriləcək.


Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında 31 iyul saat 11:00-dək həyata keçiriləcək.


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR