"Kəpəz" heyətini bu futbolçu ilə gücləndirəcək

İdman
14:38 / 12.07.2024
4607
"Kəpəz" heyətini daha bir legioner futbolçu ilə gücləndirəcək.
Sfera.az xəbər verir ki, Gəncə klubu Lassana Ndiaye ilə razılıq əldə edib və yaxın günlərdə onunla 1 illik müqavilə bağlanacaq.
23 yaşlı malili oyunçu hücum xəttində çıxış edir. Forvard son olaraq 2022/2023 mövsümündə Bolqarıstanın "Arda" klubunun formasını geyinib və 35 oyunda 8 qol vurmağı bacarıb.
L.Ndiaye Malinin U-17 və U-20 millilərinin də şərəfini qoruyub.