UEFA reytinqi: Azərbaycan 25-ci pillədə qərarlaşdı

İdman
10:17 / 12.07.2024
2765
Qitə kuboklarının I təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
Sfera.az xəbər verir ki, Azərbaycan 17.000 əmsalla 25-ci pillədə qərarlaşıb.
Buna “Zirə”nin UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçında “Şerif”i üstələməsi (1:0) səbəb olub. Bu qələbə ölkəmizə 0,250 əmsal qazandırıb.
Azərbaycan Kipri (16,975) arxada qoyub. 24-ci pillədə Slovakiya (17,125) qərarlaşıb.
Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıya İngiltərə (89,160) başçılıq edir.