Bulvarda skuterlərin istifadəsinə qadağa qoyulub?

Cəmiyyət
21:11 / 11.07.2024
4347
Sosial şəbəkələrdə Dənizkənarı bulvar ərazisində skuterlərin istifadəsinə qoyulan müvəqqəti qadağa ilə bağlı məlumatlar əks olunub.
Sfera.az xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Oxu.Az-a cavab olaraq bildirib ki, yazılan məlumatlar həqiqəti əks etdirmir:
"Bu şirkətin daxili qərarıdır. Dənizkənarı bulvar ərazisində skuterlərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb".