Masallıda ikimərtəbəli ev YANDI

Hadisə
14:40 / 11.07.2024
4412
Masallı rayonunun Digah kəndində ümumi sahəsi 340 m² (hər mərtəbəsi 170 m²) olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 170 m² sahədə yanıb.
Sfera.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.