Pakistan qırıcıları Azərbaycan Prezidentinin təyyarəsini müşayiət etdi - VİDEO

Siyasət
13:40 / 11.07.2024
2981
Azərbaycan Prezidentinin təyyarəsi Pakistan ərazisinə daxil olarkən qırıcılar havaya qaldırılıb.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında paylaşım edib.
“Pakistanın hava məkanına daxil olarkən Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Azərbaycanın 1 nömrəli heyətini salamlayır və müşayiət edir!”, - paylaşımda deyilir.