"Uşaqları təziyə məclislərinə gətirməyin!" - Məhərrəmliklə bağlı RƏSMİ MÜRACİƏT

"Uşaqları təziyə məclislərinə gətirməyin!" - Məhərrəmliklə bağlı RƏSMİ MÜRACİƏT

Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vətəndaşlara müraciət edib.

 

Sfera.az-ın məlumatına görə, müraciətdə bildirilib ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dini mərasimlər yalnız məscid və ziyarətgahların ərazisində keçirilməlidir.

 

“Bütün mərasimlər zamanı, o cümlədən cari ilin iyulun 7-dən başlayan Məhərrəm ayında dini ibadət yerlərində təhlükəsizliyin təmin edilməsi və yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün müvafiq tədbirlər görülür. Bəzi hallarda valideynlərin azyaşlı uşaqlarını dini ayinlərin icra olunduğu məkanlara aparması halları müşahidə olunur. Valideynlərdən xahiş edirik ki, kütləvi mərasimlərin keçirildiyi yerlərdə, o cümlədən təziyə məclislərində azyaşlı uşaqların iştirakının onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun olmadığını nəzərə alsınlar, habelə, qanunvericiliklə icazə verilməyən hallara yol verilməməsinə diqqətlə yanaşsınlar”, - məlumatda bildirilib.

 

Günay


OXŞAR XƏBƏRLƏR