“Qalatasaray”ın sabiq idman direktoru Azərbaycanda işləyəcək


“Qalatasaray”ın sabiq idman direktoru Azərbaycanda işləyəcək

Azərbaycan Basketbol Federasiyası (ABF) rəyasət heyətinin qəbul etdiyi qərara əsasəsən, türkiyəli basketbol meneceri Turqay Zeytingöz, federasiyanın idman direktoru vəzifəsinə təyin olunub.

 

Sfera.az xəbər verir ki, onunla iki illik müqavilə imzalanıb. Müqaviləyə əsasən Turqay Zeytingöz, aşağı yaş qruplarında olan uşaq basketbolçuların və yerli gənc məşqçilərin inkişafı, Azərbaycan basketbolunda əsaslı infrastukturun qurulması və möhkəmləndirilməsi, müxtəlif yaş qrupları üzrə milli komandalara nəzarət və Azərbaycan Basketbol Liqasında (ABL) keyfiyyətin artırılmasına dair işlərə cavabdeh şəxs olacaqdır.

 

Zeytingöz 2021-2023-cü illərdə son iş yeri olan Türkiyənin “Qalatasaray” basketbol klubunun kişilərdən ibarət komandasında idman direktoru vəzifəsində çalışıb.

 

2011-2017 -ci illərdə Türkiyənin gənclərdən ibarət milli komandalarında idman direktoru vəzifəsində çalışıb. Bu dönəmdə bir dəfə Avropa çempionluğu, iki dəfə isə Avropa üçüncülüyü mükafatlarını qazanıb. O həm də, 2010-cu ildən etibarən “Banvit” basketbol klubunda da idman direktoru olaraq fəaliyyətini davam etdirib. O 10 il davam edən “Banvit” karyerasında, türk basketboluna saysız-hesabsız gənc istedadlar yetiştirilməsində də böyük rol oynamışdır. “Banvit” in ikinci komandası “Bandırma Kırmızı” ilə ikinci liqada çempionluq (2011), “Banvit” ilə isə Basketbol Çempionlar Liqası finalı (2017), Türkiyə kuboku çempionluğu (2017) və Türkiyə çempionatında final (2013) uğurlarını əldə edib.


OXŞAR XƏBƏRLƏR

Bakıda villada güclü yanğın - Hadisə yerindən GÖRÜNTÜLƏR

Bakıda villada güclü yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.   Bildir...

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Azərbaycan yaxın zamanda “İbrahim Sazişləri”nə (ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması haqqında sazişlərə) qoşulması geosiyas...

Uşaq peçenyesinin içindən dəmir parçası çıxıb? - FOTOLAR

Bakıda mağazadan alınan uşaq peçenyesinin içindən dəmir parçasının çıxdığı iddia olunur.   Sfera.az xəbər verir ki, bu barədə Mirəli Süleymanov ...

Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu AÇIQLANDI

"Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər".   Sfera.a...

Bakıda kişi iki arvadı ilə birləşib qonşusunu döydü

Bakıda kişi iki arvadı ilə birləşib qonşunu döyüb.   Sfera.az bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.   Həmin...

65 yaşına çatan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə, yəni 65 yaşına çatmış müəllimlərin həmin müəssisədə çalışma müddəti Əmək Məcəlləsini...