İstanbula uçan təyyarə texniki səbəblərə görə geri qayıtdı

İstanbula uçan təyyarə texniki səbəblərə görə geri qayıtdı

“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkətinin J2-075 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsinin kapitanı texniki səbəblərə görə (kondisioner sistemində yaranmış problem) uçuş hava limanına qayıtmaq qərarına gəlib.

 

Sfera.az AZAL-a istinadən xəbər verir ki, təyyarə 16:04-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.

 

Məlumata görə, sözügedən reysin sərnişinləri başqa təyyarə ilə İstanbula yola düşəcəklər: "Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər. AZAL yaranmış narahatlığa görə reysin sərnişinlərindən üzr istəyir".


OXŞAR XƏBƏRLƏR