Şimali Kipr TDT-yə üzv ola biləcək? - ŞƏRH

Şimali Kipr TDT-yə üzv ola biləcək? - ŞƏRH

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə yola düşməzdən əvvəl Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında deyib ki, Şimali Kipr, demək olar, Türk Dövlətləri Təşkilatının (TDT) tamhüquqlu üzvüdür.  O,  bildirib ki,  Azərbaycan da bunu dəstəkləyir: “Şimali Kipr TDT-nin Şuşada keçirilən iclasında təmsil olundu. İndi biz çalışırıq ki, tamhüquqlu üzvü rəsmiləşdirək”.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Ankara Şimali Kiprin TDT-yə üzvlüyündə xüsusilə maraqlıdır. 

 

Onun sözlərinə görə, bu, Türkiyə üçün strateji əhəmiyyətli məsələdir:

 

“Şimali Kiprin TDT-yə üzvlüyü Türkiyə üçün xüsusilə iki cəhətdən əhəmiyyətlidir. Birincisi, bu, TDT-nin daha da güclənməsi və genişlənməsi deməkdir. Bu isə özlüyündə nəinki Ankara və Bakının, digər üzv dövlətlərin də xarici siyasət kursuna uyğundur. İkincisi, Şimali Kiprin TDT-yə üzvlüyü perspektivdə Türkiyənin Balkanlarla bağlı xarici siyasət kursuna, o cümlədən Yunanıstanla adalar məsələsinin həllinə kömək ola bilər”.

 

K.Novruzov bildirib ki, Şimali Kiprin TDT-yə üzvlüyünə mane olmaq istəyənlər də var:

 

“Onlar təşkilatın genişlənməsini və güclənməsini istəməyənlərdir.  Amma düşünmək olar ki, üzv dövlətlərin, xüsusilə Bakı və Ankaranın səyləri, davamlı dəstəyi nəticəsində Şimali Kipr gələcəkdə TDT-nin tamhüquqlu üzvü olacaq. Bu, TDT-nin gələcək illərdəki iclaslarında elan edilə bilər”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərə xəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...