Bayden ikinci prezidentlik müddətini başa vura biləcək? - Səhhəti ilə bağlı MÜHÜM AÇIQLAMA

Bayden ikinci prezidentlik müddətini başa vura biləcək? - Səhhəti ilə bağlı MÜHÜM AÇIQLAMA

Noyabrda keçiriləcək seçkilərdə yenidən namizədliyini açıqlayan Co Baydenin yaşı və ümumi səhhəti ilə bağlı müzakirələr davam edir. 

 

Sfera.az bildirir ki, Ağ Evin sözçüsü Karine Jan Pier gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O qeyd edib ki, bəziləri Baydeni namizədlikdən geri çəkilməyə çağırsa da, Konqresin bir çox üzvləri prezidenti dəstəkləyir.

 

Baydenin noyabrda yenidən seçiləcəyi təqdirdə ikinci dörd illik prezidentlik müddətini başa vurub vurmayacağı ilə bağlı sualına Jan Pier “Bəli, tamamlayacaq" cavabını verib. Bu sual Baydenin səhhəti ilə əlaqədar verilib. Düşünülür ki, Bayden yenidən prezident seçilərsə, bu yükə uzun müddət tab gətirə bilməyəcək. Prezidentin dövləti və xalqı yarı yolda qoya biləcəyi istiqamətində fikirlər yayılır. 

 

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında xidmət edən Demokrat Partiyasının üzvləri dünən qrup toplantısında bir araya gələrək Baydenin səhhətinə görə prezident seçkilərindən çəkilib-çəkilməməsi məsələsini müzakirə ediblər.

 

Xatırladaq ki, Ağ Ev iyulun 3-də Baydenin prezidentlik yarışından geri çəkilməyəcəyini açıqlayıb. İyulun 4-də isə Donald Tramp rəqibi Baydenin “yarışdan çəkiləcəyini” iddia edib. İyulun 8-də Ağ Ev rəhbəri Konqresdə Demokratlara göndərdiyi məktubda səhhəti ilə bağlı müzakirələri və namizədlikdən imtina çağırışlarını rədd edib. O, Trampı məğlub etməkdə qərarlı olduğunu qeyd edib.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərə xəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...