"Rusiyanın qələbəsi İran, Şimali Koreya və Çində..." - NATO Baş katibindən HƏYƏCAN TƏBİLİ

"Rusiyanın qələbəsi İran, Şimali Koreya və Çində..." - NATO Baş katibindən HƏYƏCAN TƏBİLİ

NATO Rusiyanın Ukraynadakı qələbəsini onun “ən böyük riski" hesab edir, çünki münaqişənin nəticəsi onilliklər ərzində qlobal təhlükəsizliyi formalaşdıracaq.

 

Sfera.az “TASS” istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

 

"Ən böyük xərc və ən böyük risk Rusiyanın Ukraynada qalib gəlməsi olacaq. Biz buna imkan verə bilmərik", - Stoltenberq bildirib.

 

Onun fikrincə, Rusiyanın qələbəsi həm də İran, Şimali Koreya və Çindəki avtoritar liderləri cəsarətləndirəcək:

 

"Onların hamısı Rusiyanı dəstəkləyir, hamısı NATO-nun iflasa uğramasını istəyir. Beləliklə, bu müharibənin nəticəsi onilliklər ərzində qlobal təhlükəsizliyi formalaşdıracaq".

 

O, alyansın bütün üzvlərini Ukraynanı daha intensiv dəstəkləməyə çağırıb, lakin Kiyevin alyansa üzvlüyünün perspektivlərindən bəhs etməyib.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərə xəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...