Prezident İlham Əliyev: "Yəhudi icması Azərbaycanın inkişafına çox böyük töhfələr verir"

Prezident İlham Əliyev:

Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü olub.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Baş nazir Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu qarşıladılar.

Azərbaycan Prezidenti İlham Əliyev və İsrailin Baş naziri Benyamin Netanyahu rəsmi foto çəkdirdilər.

Sonra Azərbaycanın Prezidenti, İsrailin Baş naziri və xanımları birgə foto çəkdirdilər.

Daha sonra Prezident İlham Əliyevin və Baş nazir Benyamin Netanyahunun təkbətək görüşü oldu.

Prezident İlham ƏLİYEV dedi:

- Cənab Baş nazir, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. İkinci dəfədir Azərbaycandasınız. Əminəm ki, səfər çox məhsuldar olacaq, münasibətlərimizi gücləndirəcək. Biz yanvarda Davosda görüşdük, indi isə Bakıda görüşürük. Əminəm ki, səfəriniz xoş keçəcək və yaxşı nəticələr əldə olunacaq.

Baş nazir Benyamin NETANYAHU dedi:

- İkinci dəfə burada olmağıma şadam. Azərbaycan ilə İsrail arasında, Azərbaycan xalqı ilə yəhudi xalqı arasında möhkəm münasibətlər, yaxın dostluq var. Siz tolerantlıq, inklüzivlik ənənəsini qoruyub saxlamısınız. Yəhudilər özlərini burada çox rahat hiss edirlər. Sizinlə bizim aramızda ortaq dəyərlər var. Azərbaycanda yaşayan minlərlə yəhudi xalqlarımız arasında körpü rolunu oynayır. Ona görə də bizim müzakirə ediləsi çox məsələlərimiz var.

Prezident İlham ƏLİYEV: Yəhudi icması bizim cəmiyyətimizin çox fəal hissəsidir və ölkənin inkişafına çox böyük töhfələr verir. Bu, həqiqətən də ikitərəfli münasibətlərimizdə çox mühüm amildir.

Baş nazir Benyamin NETANYAHU: Mən xalqlarımızın rifahının artırılması, hökumətlərimiz arasında bir çox sahələrdə - ticarət, texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsinin müzakirə olunmasını səbirsizliklə gözləyirəm.


OXŞAR XƏBƏRLƏR

Avrasiyanın ən aktiv vulkanı oyanır - FOTO

Səhər saatlarında Sibirin ən yüksək dağı və Avrasiyanın ən yüksək aktiv vulkanı olan Klyuçevskoy 8,8 bal gücündə güclü zəlzələdən sonra püskürüb.   S...

ABŞ İrana ciddi zərbə endirəcək - AÇIQLAMA

ABŞ 2018-ci ildən bəri İrana qarşı ən genişmiqyaslı sanksiya paketini elan edib. Bu tədbirlər İranın neft ticarətini idarə edən beynəlxalq gəmiçilik şəbəkə...

Avqustda qeyri-sabit hava şəraiti GÖZLƏNİLİR

Avqust ayının 1 və 2-ci ongünlüyü yüksək temperatur ilə müşahidə olunacaq. Lakin havanın ümumi iqlim normasına yaxın olacağı ehtimalı böyükdür.   Sfe...

Pediatrdan xəbərdarlıq: Telefonlar uşaqların beyininə zərər verir

Yay aylarında uşaqların boş vaxtlarının çox olması onların informasiya və texnologiya məhsullarından asılılığını daha da artırır. Havanın isti keçməsi, tətil re...

Sürücü sükan arxasında VƏFAT ETDİ

Sürücü sükan arxasında həyatını itirib. Hadisə Xaçmaz-Quba yolunun 1-ci km-də baş verib.   Sfera.az xəbər verir ki, Quba sakini Rövkət Yunusov idarə ...

Çin və Hindistan hədəfdə - Yeni sanksiyalar nefti bahalaşdıracaq?

ABŞ Rusiyadan neft alan ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazırlaşır. Gözlənilir ki, bu sanksiyalardan yayınmaq üçün Rusiyadan neft alan ...