Bu icra başçılarına ciddi XƏBƏRDARLIQ: Qısa müddət ərzində... - RƏSMİ

Bu icra başçılarına ciddi XƏBƏRDARLIQ: Qısa müddət ərzində... - RƏSMİ

Bakı Şəhər İcra Hakimiyyətində paytaxt Rayon İcra Hakimiyyətlərinin və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.

 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə müşavirədə bir sıra məsələlər, o cümlədən son vaxtlarda paytaxtda aparılan geniş miqyaslı təmir-abadlıq işləri, sanitar təmizlik məsələləri müzakirə edilib, işlərin sürətləndirilməsi və müəyyən edilən vaxtda keyfiyyətlə başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

 

Rayonlarda görülən təmir işlərininin müzakirəsi zamanı ərazidə yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarının və mövcud hasarların vəziyyətinin qeyri-qənaətbəxş olması ilə əlaqədar Xətai və Yasamal RİH başçılarına ciddi xəbərdarlıq edilib və qısa müddət ərzində bu sahədə dönüş yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

 

Həmçinin şəhərdə aparılan yaşıllaşdırma işlərinin vəziyyəti müzakirə edilib, yaşıllıq zonalarının artırılması, görülən işlərin daha da genişləndirilməsi, əkilən həmişəyaşıl kollar və çiçəklərin sayının artırılması tapşırılıb.


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərə xəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...