İlham Əliyev: "Bu gün imzalanmış sənədlər Azərbaycan-İsrail əməkdaşlığı üçün çox böyük potensialın olduğunu göstərir"

İlham Əliyev:
Bu gün imzalanmış sənədlər Azərbaycan-İsrail əməkdaşlığı üçün çox böyük potensialın olduğunu göstərir.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuata bəyanatla çıxışında deyib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və İsrail bir çox sahələrdə əməkdaşlıq edir: "Bu gün imzalanmış sənədlər əməkdaşlığımız üçün çox böyük potensialın olduğunu açıq-aydın göstərir. Sənədlərin hamısı çox vacibdir. Mən onların arasında ikitərəfli əməkdaşlığın çox səmərəli mexanizmi olan birgə iqtisadi komissiyanı yaratmağa imkan verəcək sənədin əhəmiyyətini vurğulamaq istərdim. Əminəm ki, bu, ticarət dövriyyəsini artırmağa və onu şaxələndirməyə kömək edəcək".

Dövlətimizin başçısı bildirib ki, ticarət dövriyyəsi yaxşı səviyyədə olsa da, bu, əsasən Azərbaycandan İsrailə neft ixracına görədir: "Biz bunu şaxələndirmək və artırmaq üçün işləməliyik. Bu gün biz ikitərəfli əlaqələrimiz, regional inkişaf ilə bağlı çox geniş spektrli məsələləri müzakirə etdik. Müzakirələr çox açıq, dostluq şəraitində keçdi. Bu müzakirələr bizə ikitərəfli əlaqələrimizi gücləndirməyə kömək edəcək.

Bizim kənd təsərrüfatı sahəsində əməkdaşlıqda çox yaxşı perspektivlərimiz var. Biz bunu cənab Baş nazirlə müzakirə etdik. İsrail çox müasir texnologiyalara malikdir, biz onların bəzilərindən istifadə edirik, bəziləri ola bilsin ki, Azərbaycana bir müddət sonra gətiriləcək. Bu sahədə əməkdaşlıq üçün yaxşı perspektivlər var".

İlham Əliyev vurğulayıb ki, turizm potensial inkişaf üçün əsas sahələrdən biridir: "Əminəm ki, İsrail ilə Azərbaycan arasında birbaşa uçuşlar hər iki istiqamətdə turistlərin sayının artmasına kömək edəcək. Təhsil sahəsində əməkdaşlığın çox böyük potensialı var. Biz, həmçinin müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq edirik və bu əməkdaşlıq artıq bir neçə ildir davam edir. Bu əməkdaşlığın nə dərəcədə geniş olduğunu göstərmək üçün bir rəqəmi diqqətinizə çatdıracağam. İndiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır, daha dəqiq desək, 4 milyard 850 milyon dollardır. Bu müqavilələrin çox böyük hissəsi artıq həyata keçirilib. Biz hələ də bunun üzərində işləyirik və bu əməkdaşlığın səviyyəsindən çox razıyıq".


OXŞAR XƏBƏRLƏR

24 fevraldan 10 marta qədər fəlakət olacaq - Zirəddindən PROQNOZ

Kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev təbii fəlakətlərlə bağlı proqnoz verib.   Sfera.az xəbər verir ki, ekstrasens bu barədə öz Teleqram kana...

Azərbaycanda ən çox və ən az evliliyin olduğu RAYONLAR

2023-cü il statistikasına görə, Azərbaycanda 54 200 nəfər nikaha daxil olub. Dövlət Statistika Komitəsinin 2024-cü ilə aid statistikasına görə isə 46 146 nəfər ...

Uşağını unitaza atan qadına 15 il həbs cəzası verildi

Ötən il yenicə dünyaya gətirdiyi körpəsini Türkiyənin Antalya hava limanında atıb gedən rusiyalı Yekaterina Burnaskinaya hökm oxunub.   Sfe...

Müəllimlərin sertifikasiyasına bu mövzulardan SUALLAR SALINACAQ

Bir neçə gün əvvəl Təhsil İnstitutu təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin qiymətləndirmə çərçivəsini təqdim edib.   Sf...

Aysun əməliyyatdan sonra - Görün nə hala düşdü - VİDEO

Müğənni Aysun İsmayılova, son dövrlərdə sosial mediada paylaşımları ilə diqqət mərkəzindədir. O, bədən şəkilləndirmə əməliyyatı etdirərək görünüşündə böyük bir ...

Qurban Qurbanov hansı dilləri bilir? - VİDEO

“Qarabağ”ın tərcüməçisi Elvar Quliyev “11 adam” verilişinin qonağı olub.    Sfera.az xəbər verir ki, o, komandanın baş m...