“Bəyannamə ilə türk dövlətləri yeni bir ittifaqın yaranmasının anonsunu verdilər”- ŞƏRH EDİLDİ

“Bəyannamə ilə türk dövlətləri yeni bir ittifaqın yaranmasının anonsunu verdilər”- ŞƏRH EDİLDİ

“Türk dövlətləri liderlərinin Şuşa şəhərində keçirilmiş qeyri-rəsmi Zirvə görüşü ilk növbədə Azərbaycan tərəfindən bölgədə yaradılmış yeni reallıqların beynəlxalq səviyyədə daha bir təsdiqidir. Bu görüşü və orada aparılan müzakirələri beynəlxalq siyasət kontekstindən dəyərləndirməli olsaq bu keçmiş Azərbaycan-Ermənistan münaqişəsinə bənzər etno-siyasi qarşıdurmalara türk dövlətlərinin vahid yanaşma prinsiplərini nümayiş etdirir”.

 

Sfera.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

 

Onun sözlərinə görə, bununla türk dövlətləri bu kateqoriyadan olan münaqişələrin həllinə və nəticələrinə yeni ədalətli yanaşma presedenti yaradırlar: “Bu, öz-özlüyündə həm də beynəlxalq siyasətdə yeni dəst-xətdir və ənənəvi dünya düzənində baş verən mütərəqqi dəyişikliklərdən xəbər verir.

 

Digər tərəfdən, bu Zirvə görüşü türk xalqlarının əsrlər boyu can atdığı birlik və bərabərlik siyasətinin reallaşmasının xəyal deyil, reallıq olduğunu göstərən daha bir mütərəqqi təşəbbüsdür. Bu təşəbbüsün mərkəzində Azərbaycan dövləti və Prezident İlham Əliyev dayanır. Prezidentin inauqurasiya mərasimində türk dünyası ilə bağlı söylədiyi fikirlərin məntiqi davamı kimi biz bütün türk dövlətlərinin başçıları tərəfindən Şuşada Qarabağ Bəyannaməsinin imzalandığını gördük. Bu Bəyannaməni yaxın perspektivdə türk dövlətləri arasında inteqrasiya proseslərinin dərinləşdirilməsini hədəfləyən çoxşaxəli fəaliyyət proqramının preambulası da hesab etmək olar”.

 

Millət vəkili əlavə edib ki, doğrudur, praktik baxımdan belə bir ittifaqa nail olmaq üçün hələ çox işlər görülməlidir: “Lakin Qarabağ Bəyannaməsinə imza atmaqla türk dövlətlərinin liderləri faktiki olaraq beynəlxalq siyasət üçün vahid siyasi, iqtisadi, hərbi, mədəni əsaslara malik olacaq yeni bir ittifaqın yaranmasının anonsunu vermiş oldular. Bu hər bir türk xalqının tarixinə yazılacaq cəsarətli bir siyasi addımdır. Bu XXI əsrdə dünya türklüyünün yeni bir siyasi, iqtisadi, mədəni inkişaf mərhələsinə qədəm qoymasının müjdəsidir. Bu türk xalqlarının tarixində yeni bir mənəvi yüksəliş dövrünün başlanğıcından xəbər verir”.


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...