"Sus və Zabux kəndlərində də bağçaların açılması nəzərdə tutulur" - RƏSMİ
Təhsil
13:37 / 09.07.2024
4938
"2024-2025-ci tədris ilindən etibarən Füzuli, ehtiyac yarandığı təqdirdə isə Şuşa şəhərində məktəblərin daxilində icmaəsaslı məktəbəqədər təhsil qruplarının fəaliyyət göstərməsi planlaşdırılır".
Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, hazırda işağldan azad olunmuş ərazilərdən Ağalı, Talış kəndində məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərir.
O.Abbasov qeyd edib ki, Sus və Zabux kəndlərində də bağçaların açılması nəzərdə tutulur.
Firuzə Əliyeva