"22 minə yaxın uşaq minimal keçid balını toplayıb" - Orxan Abbasov

"22 minə yaxın uşaq minimal keçid balını toplayıb" - Orxan Abbasov

"Bir sıra lisey və gimnaziyalara qəbul imtahanında 22 minə yaxın uşaq minimal keçid balını toplayıb”.

 

Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bu gün keçirilən brifinqdə deyib.


 
O.Abbasov bildirib ki, 21, 22, 23 iyun tarixlərində 2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilib:

 

"İmtahanda 26 min 518 nəfər iştirak etdi. 21 min 684 nəfər 10 baldan yüksək, 1610 nəfər şagird isə 40 baldan yüksək nəticə göstərib.Hazırda minimum 10 ballıq nəticəyə malik şagirdləri lisey seçimi yekunlaşmaq üzrədir. Bu mərhələdə şagirdlərə 3 lisey seçmək hüququ verilir. Hər 3 seçimi etmək zəruri deyil.Proses yekunlaşdıqdan sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcəklər. Qeyd olunmuş müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün deyil".

 

 
Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR