"Məktəbyaşlı uşaqların 90%-dən çoxu üçün məktəb və müəllim seçimi edilib"

"Məktəbyaşlı uşaqların 90%-dən çoxu üçün məktəb və müəllim seçimi edilib"

“Ümumilikdə məktəbyaşlı uşaqların 90%-dən çoxu üçün məktəb və müəllim seçimi edilib".

 

Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bu gün keçirilən brifinqdə deyib.


 
"12 iyun saat 11:00-da ölkə üzrə rus bölməsində məktəb və müəllim seçimi aktivləşdirilmişdi. 1 ay müddətində Abşeron rayonu, Bakı, Gəncə və Sumqayıt şəhərində yerləşən 136 ümumi təhsil müəssisəsində üstünlük hüququ tətbiq edildi. 12 iyul saat 11:00-da həmin müəssisələrdə sərbəst (prioritetsiz) qaydada məktəb və müəllim seçimi aktiv ediləcək. 12 iyul tarixinə qədər valideynlərin mektebeqebul.edu.az saytında olan şəxsi kabinetlərində qeyd etdikləri əlaqə nömrəsinə sms də göndəriləcək", - O.Abbasov bildirib.

 

Qeyd edək ki, məktəb və müəllim seçimi 13 sentyabr tarixinə qədər davam edəcək. Məlumat üçün bildirilib ki, müsahibədə uğur qazanan uşaqların 85%-i məktəb və müəllim seçimi edib.

 

 Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR