"Bu il ərzində 3500 nəfər üçün təlimlər keçiriləcək" - MÜTDA rəsmisi
“Bağça müdiri və tərbiyəçi-müəllimlərdən ibarət 6000 nəfərə təlimlər keçirilib”.
Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bu gün keçirilən brifinqdə deyib.
O.Abbasov bildirib ki, məqsəd məktəbəqədər təhsil sistemində çalışan pedoqoji və idarəetmə heyəti üçün ixtisasartırma təlimlərinin təşkil edilməsi, onların peşəkar inkişafının təmin edilməsidir.
Onun sözlərinə görə, bu il ərzində 3500 nəfər üçün təlimlərin keçirilməsi nəzərdə tutulub:
"Agentliyin əsas məqsədlərindən biri məktəbəqədər təhsil sistemində çalışan pedoqoji və idarəetmə heyəti üçün ixtisasartırma təlimlərinin təşkil edilməsi, onların peşəkar inkişafının təmin edilməsidir. İndiyədək bağça müdiri və tərbiyəçi-müəllimlərdən ibarət 6000 nəfərə təlimlər keçirilib. Təkcə bu il ərzində 3500 nəfər üçün ARTİ tərəfindən təlimlərin təşkil edilməsi nəzərdə tutulub".
Firuzə Əliyeva