Məktəbəqədər təhsil müəssisələrinə qəbulda bu şəxslərin üstünlüyü olacaq - RƏSMİ
Məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesində üstünlük hüququna malik şəxslərin siyahısı açıqlanıb.
Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Orxan Abbasov bu gün keçirilən brifinqdə məlumat verib.
O.Abbasov bildirib ki, sözügedən şəxslər aşağıdakılardır:
- Şəhid ailələrinin övladları;
- Qarabağ müharibəsi və Vətən Müharibəsi iştirakçılarının və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- tək işləyən valideynlərin uşaqları;
- orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- hərbi xidmətdə olan valideynlərin uşaqları;
- təhsilalan anaların uşaqları;
- çoxuşaqlı ailələrdən olan uşaqlar;
- qəyyumluqda olan uşaqlar.
Firuzə Əliyeva