Vaşinqton NATO sammitinə HAZIRLAŞIR: Məhdudlaşdırıcı tədbirlər GÖRÜLƏCƏK

Vaşinqton NATO sammitinə HAZIRLAŞIR: Məhdudlaşdırıcı tədbirlər GÖRÜLƏCƏK

NATO-nun 75-ci Sammiti üçün görülən təhlükəsizlik tədbirləri bu gündən etibarən qüvvəyə minəcək.

 

Sfera.az bildirir ki, artıq Ağ Ev və konqres binası ətrafındakı yollar nəqliyyat üçün bağlanıb, metro stansiyaları bu müddət ərzində işləməyəcək. Məlumata görə, yerli polis, Federal Təhqiqatlar Bürosu, Məxfi Xidmət və Milli Qvardiya qüvvələri tədbirin rahat keçməsini təmin etmək üçün birlikdə çalışacaq.

 

ABŞ prezidentini də qoruyan “Gizli Xidmət” sammitə qatılacaq liderlərin təhlükəsizliyinə cavabdeh olacaq. ABŞ Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik Bürosu və Pentaqonun Mühafizə Şöbəsi digər xarici nümayəndə heyətinin üzvlərini yaxından müdafiə edəcək. “Federal Təhqiqatlar Bürosu (FTB) həmçinin fiziki və virtual təhlükələrin qarşısının alınmasını təmin edəcək. Vaşinqton Böyükşəhər Polis Departamenti təhlükəsizlik zonası elan edilən ərazidə ümumi tədbirlərə cavabdeh olacaq. Onlar ictimai asayişin vəziyyətini və mümkün etirazları izləyəcəklər", -  ABŞ mediasında qeyd olunub.

 

Bildirilib ki, təhlükəsiz zonada işləyən və yaşayan amerikalılar nəzarət-buraxılış məntəqələrindən girib çıxacaqlar: “Əraziyə daxil olan yük maşınları iri rentgen aparatları ilə yoxlanılacaq. Liderlərin qaldığı otellərlə konqres mərkəzi arasında olan bütün yollarda dəmir baryerlər quraşdırılaraq piyadaların magistral yola çıxmasının qarşısı alınacaq.  Artıq müxtəlif bölmələrin snayperləri konqres ərazisində mühüm marşrutların göründüyü hündürmərtəbəli binalara yerləşdirilib. Sıx təhlükəsizlik tədbirləri səbəbilə “təhlükəsizlik bölgəsi” elan edilən ərazidə fəaliyyət göstərən bir çox restoran və iş yeri konqres zamanı bağlanmağa üstünlük verib. Taksi və kuryerlərin fəaliyyətinə icazə veriləcək, lakin onların nəzarət-buraxılış məntəqələrində axtarışı aparılmalı olduğu üçün gecikmələr gözlənilir”.

 

Qeyd edək ki, ABŞ 25 ildən sonra ilk dəfə NATO sammitinə ev sahibliyi edir. Tədbir iyulun 9-dan 12-ə qədər keçiriləcək.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...