Baş prokuror Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbəri ilə GÖRÜŞDÜ

Baş prokuror Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbəri ilə GÖRÜŞDÜ

Avstriyaya işgüzar səfəri çərçivəsində Kamran Əliyev ölkəmizin prokurorluq orqanları ilə uzun illər ərzində səmərəli əməkdaşlıq edən Beynəlxalq Antikorrupsiya Akademiyasının yeni təyin edilmiş dekanı xanım Slaqyana Taseva ilə görüş keçirib.

 

Bu barədə Sfera.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Baş prokuror Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiya qarşı mübarizə sahəsində aparılan kompleks tədbirlər barədə və bu sahədə əldə olunmuş müsbət nailiyyətlər barədə danışıb.

 

Slaqyana Taseva ölkəmizin Akademiya üçün vacib və etibarlı tərəfdaş olduğunu, təhsil ocağının işinə verdiyi davamlı töhfələrə görə təşəkkürünü bildirərək bundan sonra əməkdaşlığın yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

 

Görüşdə Akademiyada təhsil alan azərbaycanlı müdavimlərin sayının artırılması, tədris modullarının ölkəmizdə təşkil edilməsi, Baş prokuror yanında Elmi-Məsləhət Şurası ilə tədqiqat sahəsində əməkdaşlığın qurulması və tərəfləri maraqlandıran digər məsələlər müzakirə edilib.


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...