Səhrada 14 nəfərin cəsədi TAPILDI

Səhrada 14 nəfərin cəsədi TAPILDI

Əlcəzairdə Liviya sərhədinə yaxın səhra bölgəsində itən 14 nəfərin cəsədi tapılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber” məlumat yayıb.

 

Belkubur bölgəsində tapılan və yaşları 10-57 arasında olan 14 nəfərin cəsədi İlizi vilayətinin Burc Ömer İdris bölgəsindəki meyitxanaya aparılıb. Suriyanın Əlcəzair səfirliyindən verilən yazılı açıqlamada səhrada cəsədi tapılan 12 nəfərin suriyalı olduğu təsdiqlənib.

 

Qeyd edək ki, məsələ ilə bağlı Əlcəzair rəsmilərindən hələlik heç bir açıqlama verilməyib.

 

Asya

 

 


OXŞAR XƏBƏRLƏR