Dənizdən qorxulu bədheybət çıxdı - İNANILMAZ - FOTOLAR
19:20 / 13.12.2016
2835
Yeni Zelandiyada ötən ay baş verən zəlzələnin ardından hələ də bir çox maraqlı və inanılmaz görüntülər ortaya çıxmaqdadır.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, belə görüntülərdən biri bu günlərdə dəniz sahilində aşkar olunub. Belə ki, Melissa Doubleday adlı bir şəxs çimərlikdə sahilə çıxmış vahiməli canlı tapıb.
Doubleday əvvəlcə bu canlının balina olduğunu güman edir, ancaq daha sonra yanıldığı ortaya çıxır. Bundan sonra həmin canlının şəkillərini çəkir, daha sonra isə sosial şəbəkədə paylaşır.
Üzərində xeyli sayda dəniz ilbizləri olan bu canlı sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Bu canlının "kosmosdan gələn zaman kapsulu", "Muriwai əjdahası", "sahildəki Milad ağacı" və s. olduğunu iddia ediblər. Ancaq sonradan məlum olub ki, bu nəhəng bədheybət sadəcə okean sularının sahilə çıxardığı ağac parçasıdır. Ağac parçasının üzərini dəniz ilbizləri bürüdüyündən belə qorxulu mənzərə ortaya çıxıb.
Zəhra