Sumqayıtda 3 fəhlə qazdan zəhərləndi

Sumqayıtda 3 fəhlə qazdan zəhərləndi

Sumqayıtda 3 fəhlə qazdan zəhərlənib.

 

Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən istehsalat müəssisələrinin birində qeydə alınıb.

 

Belə ki, Sumqayıt sakinləri: - 1989-cu il təvəllüdlü Heydərov Rəşad Şahvələd oğlu, 1992-ci il təvəllüdlü Talıbov Valeh Balaş oğlu və Lerik rayon sakini, 1989-cu il təvəllüdlü Talıbov Anar Mütəllim oğlu işlədikləri istehsalat qazından zəhərləniblər.

 

Onlar xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR