Bu gecə saat 01:00-a hazırsınızmı?

Bu gecə saat 01:00-a hazırsınızmı?
Bu gecə Ay hər zamankından 10% daha böyük görünəcək.

Bu barədə Publika.az-a Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətai məlumat verib.

Onun sözlərinə görə, cari il ərzində Ay üçüncü tam bədirlənmiş olacaq: "Bu gecə Ay mövcud ölçüsündən 10% daha böyük görünəcək. Parlaqlığı isə 30% artacaq. Ay Yerin ətrafında elips üzrə hərəkət edir. Bu zaman Yerə ən yaxın və ən uzaq məsafələrdə ola bilir. Bu dəfə Yerə yaxın məsafədə olacaq”.

Ə.Ətai onu da bildirib ki, bədrlənmiş Ayı adi gözlə görmək mümkün olacaq: "Nisbətən binaların az olduğu, boş sahələrdə tam bədrlənmiş Ayı görmək mümkündür. Bu gecə tam Ayı görmək üçün son gecədir. Gecə saat 01:00-a qədər vaxtınız var. Ayın Yerə yaxınlaşması okean sularında qabarma və çəkilmələrə səbəb olur. Həmçinin baş verə biləcək tektonik hadisələrdə rezonans yaradır. Hadisə baş verəcəksə, onu daha da tezləşdirir”.

Qeyd edək ki, bu gecə də tam Ay görünüb. Gecə saatlarında İsmayıllı rayonu ərazisində dalbadal iki zəlzələ baş verib. Zəlzələdə dağıntı və tələfat olmasa da sakinlər tərəfindən hiss olunub.
 

OXŞAR XƏBƏRLƏR

Yollar buz bağlayacaq - DYP-dən xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsindən buz bağlamış yollarda yarana biləcək fəsadlarla bağlı xəbərdarlıq edilib.   Sfera.az xəbər verir ki, bu gün günün b...

Bakı qarın sınağından çıxa bilirmi? - "Hazırlıq pisdir..."

Son günlər ölkə ərazisinə yağan güclü qar bir sıra yollarda avtomobillərin hərəkəti iflic edib. Bakının mərkəzi hissələrində qar təmizləmə işləri aparılsa da, Y...

24 fevraldan 10 marta qədər fəlakət olacaq - Zirəddindən PROQNOZ

Kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev təbii fəlakətlərlə bağlı proqnoz verib.   Sfera.az xəbər verir ki, ekstrasens bu barədə öz Teleqram kana...

Azərbaycanda ən çox və ən az evliliyin olduğu RAYONLAR

2023-cü il statistikasına görə, Azərbaycanda 54 200 nəfər nikaha daxil olub. Dövlət Statistika Komitəsinin 2024-cü ilə aid statistikasına görə isə 46 146 nəfər ...

Uşağını unitaza atan qadına 15 il həbs cəzası verildi

Ötən il yenicə dünyaya gətirdiyi körpəsini Türkiyənin Antalya hava limanında atıb gedən rusiyalı Yekaterina Burnaskinaya hökm oxunub.   Sfe...

Müəllimlərin sertifikasiyasına bu mövzulardan SUALLAR SALINACAQ

Bir neçə gün əvvəl Təhsil İnstitutu təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin qiymətləndirmə çərçivəsini təqdim edib.   Sf...