Brilliantın dünyaca məşhur mahnısı 35 yaşında


Brilliantın dünyaca məşhur mahnısı 35 yaşında

Xalq artisti Brilliant Dadaşovanın ifasında məşhurlaşan Eldar Mansurovun təkrarsız bəstəsi “Bayatılar”ın 35 yaşı olur.

 

Sfera.az xəbər verir ki, sözləri Vahid Əzizə məxsus mahnı 1989-cu ildə təqdim olunsa da, bu gün də aktualdır.

 

Mahnının ilk fərqli versiyası 1990-cı ildə “Ashkabad”ın ifasında səsləndirilib. Daha sonra eyni ildə Rusiyada Reno “Здравствуй” adıyla təqdim etsə də, mahnı 1995-ci ildə ən populyar dönəmini yaşayır. Sezen Aksu və Levent Yüksel tərəfindən “Zalim” adıyla təqdim edilir.

 

Onlarla yunan və türk sənətçinin ifasından sonra Kati Qarbinin “Esena mono” təqdimatı bütün dünyada hit olur.

 

Ardınca isə Edvard Maya və Vika Jugilina “Stereo love”la daha bir “partlayış” yaşadır.

 

Ümumilikdə isə mahnı Hindistan, Özbəkistan, Braziliya, Xorvatiya, Almaniya, Portuqaliya, İsrail, İran, Birləşmiş Krallıq, Rumıniya, Türkiyə, Yunanıstan, Türkmənistan, İsveçrə, ABŞ, İtaliya və başqa ölkələrdə uğur qazanıb.

 

Yerli sənətçilər də bu mahnıya dəfələrlə müraciət ediblər.


OXŞAR XƏBƏRLƏR

Fransada müsəlman gənc öldürüldü: Yüzlərlə insan etiraza başladı - VİDEO

Fransanın paytaxtı Parisdə yüzlərlə insan islamofobiyaya göz yumulmasına qarşı keçirilən etiraz aksiyasına qoşulub.   Sfera.az xəbər verir ki, a...

Yeni Papa bu tarixdə seçiləcək

Yeni Papanın seçilməsi üzrə konklav mayın 7-də toplanacaq.   Sfera.az xəbər verir ki, bunu Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo...

İran Prezidenti Fəxri xiyabanda olub

Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian bu gün Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məz...

“Bu faciəyə baxmayaraq, Pezeşkian Azərbaycana öz səfərini gerçəkləşdirir”

“Mən heç şübhə etmirəm ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq. Biz Prezident Pezeşkianı səbirsizliklə gözləyirdik. Çox...

Sahibə Qafarova Qalibafa başsağlığı verdi

Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Bagirr Qalibafa başsağlığı məktubu ünvanlayıb.   ...

"Birbank" Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi

Sahibkarlara əlverişli və rahat bankçılıq xidmətləri təqdim edən Birbank Biznes bu dəfə Gəncə şəhərində və ətraf regionlarda yaşayan sahibkarlar üçün satış yarm...