Ənvər Seyidov xəstəxanaya düşdü
Cəmiyyət
17:11 / 13.12.2016
1086
Tanınmış hakim Ənvər Seyidovun həyatına təhlükə qalmayıb və səhhətində irəliləyişlər var. Bu barədə Lent.az-a Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib. Məlumata görə, Bakı şəhər sakini, 1949-cu il təvəllüdlü Seyidov Ənvər Cümşüd oğlu xəstəxanaya hipertonik kriz, ürək çatışmazlığı və beyin qan dövranının keçiriciliyinin pozulması diaqnozu ilə daxil edilib. Dərhal təcili və təxirəsalınmaz tibbi yardım tədbirləri həyata keçirilib, eləcə də digər təcrübəli həkimlər xəstənin müalicəsinə cəlb edilib.
Hazırda Ə.Seyidovun həyatı üçün təhlükə yoxdur və müalicəsi bir neçə gün reanimasiya şöbəsində davam etdiriləcək.