Ərzaq məhsullarının qiyməti qalxıb

Ərzaq məhsullarının qiyməti qalxıb

Dövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumat yayıb.
Sfera.az xəbər verir ki, 2016-cı ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 12,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,6 faiz bahalaşıb.
2016-cı ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,3 faiz bahalaşıb.
Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, peçenye və paxlavanın, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsulları, pendir və yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, spirtli içkilərin, armudun, narın, heyvanın, pomidorun, xiyarın qiymətlərində bahalaşma, bananın, almanın, limonun, naringinin, xurmanın, şabalıdın, kələmin, göyərtinin, kökün, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Noyabr ayında oktyabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, dərmanların, mebel və ev əşyalarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin, ev üçün toxuculuq məmulatlarının, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, fərdi kompüterlərin, dəftərxana ləvazimatlarının, kitabların, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqlarının, məişət cihazlarının, avtomobillərin təmiri xidmətlərinin, dəmiryol, hava və dəniz nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində bahalaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


OXŞAR XƏBƏRLƏR

Yollar buz bağlayacaq - DYP-dən xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsindən buz bağlamış yollarda yarana biləcək fəsadlarla bağlı xəbərdarlıq edilib.   Sfera.az xəbər verir ki, bu gün günün b...

Bakı qarın sınağından çıxa bilirmi? - "Hazırlıq pisdir..."

Son günlər ölkə ərazisinə yağan güclü qar bir sıra yollarda avtomobillərin hərəkəti iflic edib. Bakının mərkəzi hissələrində qar təmizləmə işləri aparılsa da, Y...

24 fevraldan 10 marta qədər fəlakət olacaq - Zirəddindən PROQNOZ

Kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev təbii fəlakətlərlə bağlı proqnoz verib.   Sfera.az xəbər verir ki, ekstrasens bu barədə öz Teleqram kana...

Azərbaycanda ən çox və ən az evliliyin olduğu RAYONLAR

2023-cü il statistikasına görə, Azərbaycanda 54 200 nəfər nikaha daxil olub. Dövlət Statistika Komitəsinin 2024-cü ilə aid statistikasına görə isə 46 146 nəfər ...

Uşağını unitaza atan qadına 15 il həbs cəzası verildi

Ötən il yenicə dünyaya gətirdiyi körpəsini Türkiyənin Antalya hava limanında atıb gedən rusiyalı Yekaterina Burnaskinaya hökm oxunub.   Sfe...

Müəllimlərin sertifikasiyasına bu mövzulardan SUALLAR SALINACAQ

Bir neçə gün əvvəl Təhsil İnstitutu təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin qiymətləndirmə çərçivəsini təqdim edib.   Sf...