İranda zəhərlənənlərin sayı 400-ə çatdı
Sağlıq
15:41 / 08.07.2024
9766
İranın Gilan əyalətində son 10 gündə naməlum səbəbdən zəhərlənən insanların sayı 400-ə çatıb.
Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, iyunun 28-dən etibarən Gilan vilayətinin Rizvanşehir rayonunda bir çox insanlar ürəkbulanma, baş ağrısı və ürək döyüntüsü kimi şikayətlərlə xəstəxanalara müraciət ediblər.
Yerli mənbələr zəhərlənmə hallarının çirkab suların içməli suya qarışmasından qaynaqlandığını bildirir.
Gilan Sağlamlıq Elmləri Universitetinin rektoru Məhəmməd Taki Aşubi bildirib ki, zəhərlənməyə səbəb suyun çirklənməsi ola bilər. Onun sözlərinə görə, dəqiq rəy araşdırmalardan sonra bəlli olacaq.
Vasif