Prezidentin başçı təyin etdiyi Sahir Məmmədxanov kimdir?- DOSYE

Prezidentin başçı təyin etdiyi Sahir Məmmədxanov kimdir?- DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bugünkü sərəncamı ilə icra başçısı təyin edilən 3 nəfərdən biri də Sahir Polad oğlu Məmmədxanovdur.

 

Sfera.az ölkə.az-a istinadən Qusar Rayon İcra Hakimiyyətinin yeni başçısının dosyesini təqdim edir:

 

1959-cu ildə İsmayıllı rayonunda anadan olub.

 

1985-ci ildə Rusiya Federasiyasının Tver şəhərinin Kalinin adına Dövlət Universitetinin İqtisadiyyat fakültəsi bitirib.

 

1985–1993-cü illərdə Tver şəhərinin "Elektroaparatura" zavodunda iqtisadçı, maliyyə-müqavilə şöbəsinin rəisi və Hərbi Sənaye Nazirliyinin "Kalininmaşdetal" istehsalat birliyində baş mühasib vəzifəsində çalışıb.

 

1993 – Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994–1999-cu ilə qədər müfəttiş, şöbə rəisi kimi işləyib.

 

1999 – "İri vergi ödəyiciləri ilə iş üzrə" Baş idarə rəisinin müavini, daha sonra həmin ildən 2001-ci ilədək Baş idarənin rəisi vəzifəsində çalışıb.


2001 – 2009 - Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi vəzifəsində çalışıb.

 

Dövlət başçısının 4 mart 2009-cu il tarixli Sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.

 

Prezident İlham Əliyevin 29 mart 2016-cı il tarixli Sərəncamı ilə Vergilər nazirinin birinci müavini vəzifəsinə təyinat alıb.

 

3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir.

 

Ailəlidir, 2 övladı var.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin bugünkü sərəncamları ilə Əziz Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və o, Beyləqana başçı göndərilib. VI çağırış Milli Məclisin vitse-spikeri Adil Əliyev isə Ə.Əzizovun yerinə Suraxanı Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...