Deputatlığa namizədlik üçün sənədlərin DSK-lara təqdim edilməsinə BAŞLANILIR

Deputatlığa namizədlik üçün sənədlərin DSK-lara təqdim edilməsinə BAŞLANILIR

Bu həftədən nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsinə başlanılır.

 

Sfera.az-ən xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının "Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.

 

Sənəddə qeyd edilib ki, bu proses iyulun 13-dən başlayır və avqustun 2-si saat 18:00-dək davam edir.

 

Seçki Məcəlləsinə əsasən, irəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir:

 

1. irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri;

2. seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi;

3. Məcəllənin 53.3-cü və 54.8-ci maddələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş;

4. namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat;

5. mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat;

6. namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə).

 

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...