MƏSLƏHƏT: İsti havada avtomobillə yola çıxanlar nə etməlidir? –VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi isti hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib. Bildirilir ki, hazırda havanın temperaturunun mövsümə uyğun olaraq artması, istər avtonəqliyyat vasitələrinin istismarına, istərsə də sürücülərin özlərinin səhhətinə təsirsiz ötüşmür.
Sfera.az xəbər verir ki, yüksək temperatur insanda başgicəllənmə, əzginlik, süstlük hissi yaradır. Bu da öz növbəsində uzun müddət fasiləsiz avtomobil idarə edən sürücülərin diqqətinin yayınmasına, onların ətrafdakı prosesləri vaxtında və ya düzgün qiymətləndirə bilməməsinə səbəb olur.
Mövzu ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən deyilib ki, uzaq məsafələrə səfərə hazırlaşan, eləcə də əsasən günorta saatlarında avtomobil idarə edən sürücülər diqqətli olmalıdırlar.
Avtomobil ustası Sahil Ağabəyli xüsusilə isti havada sürücülərin avtomobildə diqqət etməli olduğu məsələlər barədə danışıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda: