Teymur Rəcəbova yeni vəzifə verild

Teymur Rəcəbova yeni vəzifə verild

Ümumdünya Şahmat Olimpiadasında kişilərdən ibarət Azərbaycan millisinin kapitanı bəlli olub.

 

Sfera.az idman.biz-ə istinadla xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov açıqlayıb.

 

O bildirib ki, sentyabrda təşkil olunacaq yarışda yığmamızın kapitanı Teymur Rəcəbov olacaq.

 

Məmmədov, həmçinin millinin Olimpiada üçün heyətinin bəlli olduğunu deyib: "Komandada gənc şahmatçılar da yer alacaq. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasovla yanaşı, Məhəmməd Muradlı və Aydın Süleymanov heyətdə olacaq. Qadınlardan ibarət komandanın heyətində isə dəyişiklik yoxdur. Yığmada Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədzadə yer alacaqlar".

 

Federasiya rəhbərinin sözlərinə görə, hər iki millini iyul və avqustda gərgin təlim-məşq toplanışı gözləyir: "Ümidvaram ki, şahmatçılarımız uğurlu çıxış edəcək".

 

Qeyd edək ki, Olimpiada sentyabrın 10-23-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu AÇIQLANDI

"Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər".   Sfera.a...

Bakıda kişi iki arvadı ilə birləşib qonşusunu döydü

Bakıda kişi iki arvadı ilə birləşib qonşunu döyüb.   Sfera.az bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.   Həmin...

65 yaşına çatan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə, yəni 65 yaşına çatmış müəllimlərin həmin müəssisədə çalışma müddəti Əmək Məcəlləsini...

Bu rayonun 21 kəndində qaz kəsiləcək

Sabah Sabirabad rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şir...

Bu rayonlarda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb

Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti müşahidə olunur, elektrik enerjisinin verilişində fasilələr yaranıb.   Sfera.az-ın məlumatına görə, gü...

Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırıldı

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə ...