İlk “iPhone”un qiyməti 20 min dollara qalxdı

İlk “iPhone”un qiyməti 20 min dollara qalxdı

"eBay” onlayn mağazasında kolleksiyaçılar ilk orijinal "iPhone” smartfonuna görə 20 000 dollar təklif edirlər. 

İKT.lent.az-ın "svopi.ru” saytına istinadən məlumatına görə, qeyd edilir ki, pul mükafatını hələ 2007-ci ildə ilk "iPhone”u əldə etmiş, ancaq hər hansı səbəblərə görə onu qutudan çıxarmayan şəxs əldə edəcək.

Qeyd edək ki, 2007-ci il yanvarın 9-da Stiv Cobs "MacWorld” sərgisində "Apple” şirkətinin ilk "iPhone”unu təqdim edib. O zaman 4 Gb yaddaşa malik smartfonunun qiyməti 499 dollar, 8 Gb yaddaşa malik smartfonunun qiyməti isə 599 dollar təşkil edib. 
 
İlk "iPhone” versiyası idealdan çox uzaq idi. Onda zəif "Edge” şəbəkəsi, avtofokussuz və işıqlandırması olmayan 2 meqapiksel kamera vardı. MMS mübadiləsi aparmaq imkanı yox idi, həmçinin cihaz stereo "Bluetooth” funksiyasını dəstəkləmirdi.

Bütün bu çatışmazlıqlara baxmayaraq, bu yeniliyi əldə etmək istəyən bir izdiham vardı. "Apple” şirkətinin ilk orijinal "iPhone”unu əldə etmiş, ancaq qutunu açmamış istifadəçi "eBay”da bu smartfionu kolleksiyaçılara sata biləcək. Onlar isə buna görə 20 000 dollar təklif edirlər.



OXŞAR XƏBƏRLƏR

Bakı qarın sınağından çıxa bilirmi? - "Hazırlıq pisdir..."

Son günlər ölkə ərazisinə yağan güclü qar bir sıra yollarda avtomobillərin hərəkəti iflic edib. Bakının mərkəzi hissələrində qar təmizləmə işləri aparılsa da, Y...

24 fevraldan 10 marta qədər fəlakət olacaq - Zirəddindən PROQNOZ

Kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev təbii fəlakətlərlə bağlı proqnoz verib.   Sfera.az xəbər verir ki, ekstrasens bu barədə öz Teleqram kana...

Azərbaycanda ən çox və ən az evliliyin olduğu RAYONLAR

2023-cü il statistikasına görə, Azərbaycanda 54 200 nəfər nikaha daxil olub. Dövlət Statistika Komitəsinin 2024-cü ilə aid statistikasına görə isə 46 146 nəfər ...

Uşağını unitaza atan qadına 15 il həbs cəzası verildi

Ötən il yenicə dünyaya gətirdiyi körpəsini Türkiyənin Antalya hava limanında atıb gedən rusiyalı Yekaterina Burnaskinaya hökm oxunub.   Sfe...

Müəllimlərin sertifikasiyasına bu mövzulardan SUALLAR SALINACAQ

Bir neçə gün əvvəl Təhsil İnstitutu təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin qiymətləndirmə çərçivəsini təqdim edib.   Sf...

Aysun əməliyyatdan sonra - Görün nə hala düşdü - VİDEO

Müğənni Aysun İsmayılova, son dövrlərdə sosial mediada paylaşımları ilə diqqət mərkəzindədir. O, bədən şəkilləndirmə əməliyyatı etdirərək görünüşündə böyük bir ...