Qubada təcili yardım avtomobili zəncirvarı qəzaya düşüb - FOTO


Qubada təcili yardım avtomobili zəncirvarı qəzaya düşüb - FOTO

Quba şəhərində zəncirvarı yol nəqliyyat hadisəsi baş verib.

 

Hadisə H.Əliyev prospekti ilə Memar Əcəmi küçələrin kəsişməsində baş verib.

 

İki "Mersedes" markalı avtomobillər və TƏBİB-ə məxsus təcili tibbi yardım avtomobili toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

 

Qəzaya səbəb kimi elektrik enerjisinin kəsilməsi nəticəsində işıqforun işləməməsi göstərilir.

 

Faktla bağlı araşdırma aparılır.//Apa

 

 


OXŞAR XƏBƏRLƏR