Güləşçilərimiz Avropa çempionatında finala yüksəldilər

Güləşçilərimiz Avropa çempionatında finala yüksəldilər

Azərbaycanın üç sərbəst güləşçisi Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatında finala yüksəlib.

 

Sfera.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Camal Abbasov (61 kq) italiyalı Paskuale Liuzziyə (7:2), slovakiyalı Robert Meszarosa (10:0) və belaruslu Yanis Katoka (tuş) qalib gələrək yarımfinala yüksəlib.

 

C.Abbasov yarımfinalda türkiyəli Tolqa Özbekdən güclü olub – 5:1. O, finalda rusiyalı Andrey Midlovetslə qarşılaşacaq.

 

Əhməd Əhmədli (74 kq) təsnifat mərhələsində türkiyəli İbrahim Yapraka 1:4 hesabıyla məğlub olub.

 

Sadiq Mustafazadə (86 kq) israilli Tomer Drojniyaka (10:0), ukraynalı Pavlo Vaskovskiyə (12:2) və belaruslu Aleksey Kulakova (6:5) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Güləşçi yarımfinalda moldovalı Aleksandru Borsla gərgin mübarizə şəraitində keçən qarşılaşmada sevinən tərəf olub – 9:7. S.Mustafazadə finalda rusiyalı İbrahim Kadiyevlə güləşəcək.

 

Anar Cəfərli (92 kq) italiyalı Vassili Quccini (12:0) və belaruslu Vadim Bandarkov (8:0) üzərində inamlı qələbə qazanıb. İdmançı yarımfinalda bolqarıstanlı Sali Saliyevə də heç bir şans tanımayıb – 10:0. A.Cəfərli finalda rusiyalı Mustafagadji Malaxdibirovla üz-üzə gələcək.

 

Yusif Dursunov (125 kq) ermənistanlı Henrik Haykyanı (4:3) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Xabib Davudqadjiyevlə bacarmayıb – 2:10. Rəqib finaladək irəlilədiyi üçün Y.Dursunov sabah təsəlliverici görüşdə italiyalı Martino Piliero ilə qarşılaşacaq.


OXŞAR XƏBƏRLƏR

Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu AÇIQLANDI

"Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər".   Sfera.a...

Bakıda kişi iki arvadı ilə birləşib qonşusunu döydü

Bakıda kişi iki arvadı ilə birləşib qonşunu döyüb.   Sfera.az bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.   Həmin...

65 yaşına çatan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə, yəni 65 yaşına çatmış müəllimlərin həmin müəssisədə çalışma müddəti Əmək Məcəlləsini...

Bu rayonun 21 kəndində qaz kəsiləcək

Sabah Sabirabad rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şir...

Bu rayonlarda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb

Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti müşahidə olunur, elektrik enerjisinin verilişində fasilələr yaranıb.   Sfera.az-ın məlumatına görə, gü...

Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırıldı

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə ...