Cəlilabadın icra başçısı kimlərin yanındadır?

Cəlilabadın icra başçısı kimlərin yanındadır?
 
Cəlilabadda aqrar sektor inkişaf etməkdədir. Postneft dövrünün başlanması bu bölgədə kənd təsərrüfatı sahələrinin fəaliyyətinə təkan verib 

Politika.Az xəbər verir ki, rayonda gedən bu islahat və inkişafın təkanverici qüvvəsi isə icra başçısı Əziz Əzizovdur. Bu mənada Cəlilabadın icra başçısı prezident İlham Əliyevin yanında olduğunu bir daha nümayiş etdirib. 

Ölkə başçısı tapşırıqlar verib ki, qeyri-neft sektoru, aqrar sahə inkişaf etməlidir, daxili istehsalat güclənməlidir, icra başçılarıl xarici investorlar cəlb etməlidir. 

Son aylarda Ə.Əzizovun fəaliyyətində və prezidentin göstərişlərinə uyğun addımlarında sözügedən məsələlər prioritetdir. Bütün bunlar Cəlilabad rayon rəhbərinin ölkə prezidentinin yanında olduğunu göstərir. 

Eyni zamanda 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan sənaye və kənd təsərrüfatının inkişaf etdirilməsi diqqətdə saxlanıb. 

Həmçinin, tikinti-abadlıq işlərinin genişləndirilməsi, yeni iş yerlərinin açılması, elektrik enerjisi, qaz və su təchizatının yaxşılaşdırılması icra hakimiyyətinin əsas fəaliyyət istiqamətləridir. 

Rayonda meliorasiya tədbirlərinin həyata keçirilməsi, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin əsaslı təmiri və tikintisinin davam etdirilməsi məsələləri daim diqqət mərkəzində saxlanır. 

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmədə uğurlu nəticələr əldə edilib. Belə ki, əlverişsiz hava şəraitinə baxmayaraq bitkiçilikdə yüksək məhsuldarlığa nail olunub. 

Rayon üzrə 156,1 min ton buğda, 18,8 min ton arpa, 5,3 min ton vələmir, 3,3 min ton noxud və 586 ton mərci istehsal edilib. Həmçinin kənd əməkçiləri 102,2 min ton kartof, 1,2 min ton tərəvəz, 240 ton qarğıdalı, 294 ton bostan məhsulları istehsal ediblər. 

Ölkə başçısının tapşırığına əsasən rayonda ənənəvi əkin sahəsi olan pambıqçılığın inkişaf etdirilməsi üçün ardıcıl iş aparılmış, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan əlverişli torpaq sahələri müəyyənləşdirilmiş, sahələrin şumlanması, toxumla təchiz olunması və suvarılması üçün zəruri tədbirlər görülüb. 

Cənab Prezidentin tapşırığına əsasən vətəndaşların azad sahibkarlıq hüquqlarının qorunmasına və sahibkarlara əlverişli şəraitin yaradılmasına xüsusi diqqət yetirilib. Sahibkarların mənafeyinin müdafiə edilməsinin nəticəsidir ki, 2016-cı ildə rayon icra hakimiyyətinin Apelyasiya Şurasına heç bir müraciət daxil olmayıb.

Politika.Az xəbər verir ki, Əziz Əzizov ölkə rəhbərliyinin göstəriş və tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirməsi isə Cəlilabadda inkişaf tendensiyasını daha da dönməz xarakter almasına səbəb olub. 

Cəlilabadlılar Əziz Əzizovun başçılığı altında dövlətin qayğılı münasibətini daha dərindən hiss edərək, ölkə prezidentinin apardığı uğurlu siyasəti dəstəkləyirlər. 

Cəlilabad rayonunun sosial-iqtisadi inkişaf planının düzgün və səmərəli həyata keçirilməsinin nəticəsindir ki, rayonda böyük abadlıq-quruculuq işləri geniş vüsət alıb.

Yerli əhəmiyyətli avtomobil yollarının təmiri, binaların müasir üslubda tikintisi və digər infrastruktur layihələrinin icrası sürətlə həyata keçirilib. 

Rayonda bütün köhnə tikililər müasir və yeniləri ilə əvəz olunur. Şəhərin bütün ərazilərində tikintilər davam etdirilir və binalar müasir zövqlə inşa olunur. 

Əhalinin elektrik enerjisi, rabitə, qaz və içməli su ilə təmini yüksək keyfiyyətlə həyata keçirilib. Bütün bunlar göstərir ki, Ə.Əzizov prezidentin və xalqın yanındadır. 

 
 

Cəlilabadın icra başçısı kimlərin yanındadır?
Cəlilabadın icra başçısı kimlərin yanındadır?
Cəlilabadın icra başçısı kimlərin yanındadır?
Cəlilabadın icra başçısı kimlərin yanındadır?
Cəlilabadın icra başçısı kimlərin yanındadır?
Cəlilabadın icra başçısı kimlərin yanındadır?
Cəlilabadın icra başçısı kimlərin yanındadır?
Cəlilabadın icra başçısı kimlərin yanındadır?
Cəlilabadın icra başçısı kimlərin yanındadır?

OXŞAR XƏBƏRLƏR

Bakı qarın sınağından çıxa bilirmi? - "Hazırlıq pisdir..."

Son günlər ölkə ərazisinə yağan güclü qar bir sıra yollarda avtomobillərin hərəkəti iflic edib. Bakının mərkəzi hissələrində qar təmizləmə işləri aparılsa da, Y...

24 fevraldan 10 marta qədər fəlakət olacaq - Zirəddindən PROQNOZ

Kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev təbii fəlakətlərlə bağlı proqnoz verib.   Sfera.az xəbər verir ki, ekstrasens bu barədə öz Teleqram kana...

Azərbaycanda ən çox və ən az evliliyin olduğu RAYONLAR

2023-cü il statistikasına görə, Azərbaycanda 54 200 nəfər nikaha daxil olub. Dövlət Statistika Komitəsinin 2024-cü ilə aid statistikasına görə isə 46 146 nəfər ...

Uşağını unitaza atan qadına 15 il həbs cəzası verildi

Ötən il yenicə dünyaya gətirdiyi körpəsini Türkiyənin Antalya hava limanında atıb gedən rusiyalı Yekaterina Burnaskinaya hökm oxunub.   Sfe...

Müəllimlərin sertifikasiyasına bu mövzulardan SUALLAR SALINACAQ

Bir neçə gün əvvəl Təhsil İnstitutu təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin qiymətləndirmə çərçivəsini təqdim edib.   Sf...

Aysun əməliyyatdan sonra - Görün nə hala düşdü - VİDEO

Müğənni Aysun İsmayılova, son dövrlərdə sosial mediada paylaşımları ilə diqqət mərkəzindədir. O, bədən şəkilləndirmə əməliyyatı etdirərək görünüşündə böyük bir ...