Putin Pezeşkianı TƏBRİK ETDİ

Putin Pezeşkianı TƏBRİK ETDİ

Rusiya prezidenti Vladimir Putin Məsud Pezeşkianı İran prezidenti seçilməsi münasibətilə təbrik edib.

 

Sfera.az bildirir ki, təbrik mətni Kremlin saytında dərc olunub. Putin Tehranla bütün sahələrdə əməkdaşlığın artırılmasına ümid etdiyini bildirib.

 

“İran İslam Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Ümidvaram ki, prezident kimi fəaliyyətiniz regional təhlükəsizlik və sabitliyin sadələşdirilməsi maraqları, xalqlarımızın mənafeyi naminə bütün sahələrdə konstruktiv ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək”, - mesajda qeyd olunub.

 

Putin təbrikində bildirib ki, Moskva və Tehran beynəlxalq gündəmdəki aktual məsələlərin həllində səylərini səmərəli şəkildə əlaqələndirir. O həmçinin, Rusiya-İran münasibətlərində dostluq və mehriban qonşuluq xarakterini vurğulayıb.

 

Qeyd edək ki, iyulun 5-də İranda növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilib. Səsvermənin nəticələrinə görə, islahatçı qanadın namizədi, keçmiş səhiyyə naziri Pezeşkiyan 16,384 milyon səs toplayaraq qalib gəlib. Onun rəqibi Səid Cəlili 13,538 milyon - 44,3% səs toplayıb. İkinci turda seçici fəallığı təxminən 49,8% təşkil edib. Günay


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...