"Mən dünyanı idarə edirəm, amma..." - Bayden seçki yarışından geri çəkilir?

ABŞ prezidenti Co Baydenin Donald Trampla debatı mübahisə mövzusu olmaqda davam edir.
Sfera.az bildirir ki, debatdan sonra ilk dəfə canlı televiziya yayımına qatılan Bayden zəif performansı ilə bağlı bir daha özünü müdafiə edib.
“Xəstə idim, özümü çox pis hiss edirdim. Həmçinin Tramp mikrofonu bağlı olsa belə qışqırdı. Bu da fikrimi yayındırdı. Tək problem bu deyildi, amma özümə çox nəzarət edə bilmədim”, - Bayden “ABC News”da çıxışı zamanı deyib.
Debata yenidən baxıb-baxmadığı ilə bağlı suala Ağ Ev rəhbəri belə cavab verib: “Xeyr, deyəsən, izləmədim”.
Sorğularda geri qaldığı deyilən Bayden buna inanmadığını bildirib. Heç kimin ondan daha bacarıqlı prezident olmadığını müdafiə edən hazırkı prezident, "Trampı məğlub edəcək ən bacarıqlı insan mənəm",- söyləyib.
O, seçki yarışından geri çəkilməyəcəyini təkrarlayaraq bildirib ki, onu yalnız tanrı geri çəkilməyə vadar edə bilər. Bayden, həmçinin, sadəcə seçki kampaniyası aparmadığını vurğulayıb və bunları əlavə edib: "Mən dünyanı idarə edirəm. Bu, mübaliğə kimi görünə bilər, amma deyil. Biz dünyanın mərkəzində olan ölkəyik".
Günay