Əli Kərimli özünü gülünc vəziyyətə saldı

Əli Kərimli özünü gülünc vəziyyətə saldı

Fəaliyyəti siyasətçidən sonra bloqqer kimi nəzərə çarpan Əli Kərimli "iqtisadi böhran”dan çıxış yolunu AXCP-yə üzv olmaqda görür. Nə qədər absurd və gülməli olsa da Kərimli bu barədə statuslarında bildirir. 

AXCP rəhbəri "Facebook”da yazıb: "Xoşbəxt olmaq istəyən hər kəs AXCP-yə üzv olmalıdır”. 

Əli Kərimlinin paylaşımı ciddi qəbul oluna bilməz. Ən yaxşı halda bu statusu görən istifadəçi "bunu yazanın başı çatmır” deyə reaksiya verər. 

Siyasi cameədə AXCP sədrinin "xoşbəxtlik” vədini ironiya ilə qarşılanıb.

YAP funksioneri, millət vəkili Aydın Mirzəzadə hesab edir ki, Əli Kərimlinin istifadə etdiyi bu metod gülüş hədəfinə çevrilib: "Bu və ya digər partiyanın nüfuzu onun apardığı siyasətlə, əhalinin problemlərini öyrənib qaldırmaq, həll yolunu göstərməklə, milli maraqları partiya maraqlarından üstün tutmaqla qazanılır. Əli Kərimlinin AXCP-sinin fəaliyyətdə olduğu dövrdə nəinki tərəfdarlarının sayını çoxalda bilib, əksinə həmin partiya dəfələrlə parçalanıb və kiçik AXCP-lər yaranıb. Bu gün isə Əli Kərimlinin ətrafında bir neçə nəfərdən başqa heç kəs qalmayıb, rayon və şəhərlərdə partiyanın təşkilatları yox səviyyəsindədir, seçkilərdə irəli sürməyə namizəd tapa bilmir. O, bilir ki, bu gün cəmiyyətin ziyalı təbəqəsi, demokratik düşüncəli insanlar, yaşlılar, qadınlar, gənclər arasında o tərəfdar toplaya bilməyəcək. Əli Kərimlidən soruşacaqlar: Sən Azərbaycan üçün nə etmisən? 

 

Əli Kərimli 1992-93-cü illərdə Prezident Aparatında ərazi şöbəsinin müdiri, sonra isə dövlət katibi kimi ölkənin üçüncü şəxsi olarkən qiymətlər niyə bahalaşırdı? Nəyə görə insanlar çörək tapa bilmirdilər? Nədən ölkədə vahid ordu yaradılmadı? Nə üçün beynəlxalq aləmdə Azərbaycan uğur qazana bilmədi? Müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı? Nə üçün Heydər Əliyevi hakimiyyətə dəvət etmək məcburiyyətində qaldılar? Bütün bunlar tarixi faktlardır”. 

A.Mirzəzadə vurğulayıb ki, bu gün ölkədə bahalaşma getmir: "Bu gün ABŞ dollarının bahalaşması nəticəsində bütün ölkələr özlərinin daxili bazarlarını qoruyurlar. Hazırda Azərbaycanın torpaqlarının bir hissəsi işğaldadır və biz məcburiyyət qarşısında güclü ordu saxlamalıyıq. Ordunun maddi və texniki təchizatını həyata keçirməliyik. Ölkənin 1.2 milyonu məcburi köçkündür və onların sosial problemləri həll olunmalıdır. Hər il 25 min məcburi köçkün ailəsi dövlət tərəfindən mənzillə təmin olunur. Bütün bunlar böyük vəsaitlər tələb edir. Biz manatın dollara nisbətini dəyişilməz saxlaya bilərdik. Bunun üçün məcburi köçkünlərə vəsait ayırmazdıq, xaricdə 70-ə qədər səfirlik saxlamazdıq, ordumuza yeni silahlar almazdıq, yollar çəkməzdik, şəhərlərimizi abadlaşdırmazdıq. Bu halda dollar 20 qəpiyə düşə bilərdi. Azərbaycan bir tərəfdən dövlətçiliyini möhkəmləndirir, digər tərəfdən isə beynəlxalq münasibətlərin bir hissəsi olduğumuza görə bazarımızı qorumağa çalışır. Şübhə yoxdur ki, az bir müddətdən sonra cənab prezident əhalinin az təminatlı təbəqələrinin müavinətlərinin artırılması üçün qərarlar qəbul edəcək, yeni iş yerləri açılacaq, insanların maaşı artırılacaq. Artıq sosial evlərin tikintisinə başlanılıb. Bununla da 2000 ailə sosial evlə təmin olunacaq. Bu hərəkat getdikcə genişlənir. İnsanların banklardan kredit alması asanlaşacaq.

Əli Kərimli və onun kimi siyasətçilər isə bir qayda olaraq populizmlə, xarici ölkələrin müəyyən dairələrinə söykənməklə cəmiyyəti aldatmağa çalışırlar. Amma, onlardan fərqli olaraq Azərbaycan hakimiyyəti cəmiyyətlə açıq danışır, problemləri göstərir, onların üzərinə gedərək həll edir, dövlətçiliyimizi möhkəmləndirir. Ona görə də müəyyən çətinliklərimiz olsa da, əhalinin böyük əksəriyyəti cənab prezidentin siyasi kursunu dəstəkləyir. 

Əli Kərimli və onun kimi siyasətçilər üzvlük haqqı yığmadıqlarını bildirirlər. Elə isə sual olunur: Əli Kərimlinin ailəsi nə ilə dolanır? Bu adam bir yerdə işləmirsə, partiya üzvlük haqqı toplamırsa, ailəsi, partiya aparatı nə ilə dolanır? Pulları hardan alırlar? Elədirsə, deməli bunun arxasında xaricdən maliyyələşmə, tapşırıq alma gəlir. Nədənsə, Azərbaycanda böyük beynəlxalq tədbirlər keçirildiyi dövrdə məhz Əli Kərimlinin tərəfdarları ölkədə qanunsuz kütləvi aksiyalar keçirməyə meyl edirlər. Bütün bunlar göstərir ki, Azərbaycanda müxalifətin böyük bir hissəsi vaxtaşırı xaricdən maliyyələşir”. 

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikrincə, Əli Kərimlinin "xoşbəxtlik” vədi məntiqə uyğun deyil. 

"Mən də çıxıb deyə bilərəm ki, guya problemlərin həlli bizim partiyaya üzvlükdən keçir. Mənim Əli Kərimlidən fərqim ondadır ki, ümummilli problemləri partiyalaşdırmaqla həllini görmürəm. Problemləri xalqın öz gücü ilə həll etmək mümkündür. 1992-93-cü illərdə Əli Kərimlinin təmsil olunduğu Xalq Cəbhəsi hakimiyyəti deyirdi ki, "Azərbaycanın problemlərini AXC həll edəcək. Sonradan məlum oldu ki, milli birlik təmin olunmadığına və çox ciddi siyasi qüvvələrin müxalifətdə olduğuna görə, AXC nəinki bu problemləri həll etdi, hətta hakimiyyəti belə saxlaya bilmədi”. 

S.Cəlaloğlu hesab edir ki, problemlərin həlli heç bir siyasi partiya üzv olmaqdan keçmir: "Heç bir problemin həlli AXCP-yə üzv olmaqdan keçmir. Problemlərin həlli Azərbaycan vətəndaşı olmaqdan, milli həmrəylikdən keçir. Əli Kərimli vaxtilə hakimiyyətdə olub. O, niyə həmin dövlərdə problemləri həll edə bilmədi? Əksində yeni problemlər yarandı. AXC dövründə heç bir problem həll olunmayıb, əksinə Qarabağ, sosial-iqtisadi problemlər dərinləşib, beynəlxalq əlaqələrdə konfiliktlər yaranıb. Bu gün məntiqsiz açıqlamalar vermək lazım deyil. Bu kimi çağırışlarla özlərini gülüncə vəziyyətə salırlar. Sadəcə ayıbdır”. (azvision.az)

OXŞAR XƏBƏRLƏR