İlham Əliyev İranın yeni prezidentini TƏBRİK ETDİ

İlham Əliyev İranın yeni prezidentini TƏBRİK ETDİ

Prezident İlham Əliyev İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb.

 

Sfera.az xəbər verir ki, təbrik məktubunda deyilir:

 

"Hörmətli cənab Pezeşkian,

 

İran İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

 

Biz Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ortaq dini-mədəni köklər, dostluq və qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət veririk. Ötən onilliklər ərzində qarşılıqlı faydalı əməkdaşlığımızın bütün sahələrdə, xüsusilə də iqtisadiyyat, nəqliyyat, energetika və humanitar sahələrdə dinamik inkişaf edərək bugünkü səviyyəyə yüksəlməsi və yeni məzmun kəsb etməsi bizi sevindirir.

 

Bu gün qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişaf istiqamətlərinə dair əldə edilmiş razılaşmalar, icra olunan birgə layihələr ölkələrimizin rifahına, bütövlükdə regionun davamlı inkişafına və təhlükəsizliyinə xidmət edir.

 

Əminəm ki, birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafeləri naminə Azərbaycan ilə İran arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, qarşılıqlı maraq doğuran əməkdaşlığın genişlənməsinə nail olacağıq.

 

İkitərəfli əməkdaşlığımızın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmaq məqsədilə Sizi Azərbaycana səfərə dəvət edirəm.

 

Sizə ən xoş arzularımı çatdırır, dost və qardaş İran xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".


OXŞAR XƏBƏRLƏR

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...

Daha bir təyyarə qəzaya uğradı - ölənlər var

Fransanın paytaxtı Parisdən təxminən 100 km aralıda Şartr şəhəri yaxınlığında kiçik təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.   Sfer...

Tolik ad günündə anası və qızı ilə… - VİDEO

Aparıcı-prodüser Tarix Əliyev özünə ad günü edir.   Bir çox şou nümayəndəsinin iştirak etdiyi məclisdə Tolik qonaqları qızı Milana ilə salamlayıb. ...

Azərbaycan yığması Ermənistanı məğlub etdi

Litvanın Vilnüs şəhərində təşkil olunan 20 yaşadək çimərlik voleybolçuları arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında Azərbayca...