“Qalatasaray”ın futbolçusu İtaliya klubunda

İdman
20:33 / 05.07.2024
10523
Türkiyənin “Qalatasaray” komandasının yarımmüdafiəçisi Nikolo Zanyolo icarə əsasında İtaliya “Atalanta”sına keçib.
Sfera.az A Seriyası təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, o, növbəti mövsümün sonunadək Berqamo klubunda çıxış edəcək.
“Atalanta” bu keçid üçün İstanbul nəhənginə 6 milyon 400 min avro ödəyəcək. İtaliya klubu N.Zanyolonu birdəfəlik almaq hüququna da sahib olacaq.
Xatırladaq ki, Nikolo Zanyolo ötən mövsüm icarə əsasında İngiltərənin “Aston Villa” komandasında çıxış edib