49 yaşlı qadın öldürüldü
11:23 / 13.12.2016
2149
Xaçmaz rayonunda qətl hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə bu gün gecə saat 04:00 radələrində qeydə alınıb. Heydər Əliyev prospektində yaşayan 1967-ci il təvəllüdlü Quçiyeva Ruzarya Georgiyevna yaşadığı evin yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb.
Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən qadını xilas etmək mümkün olmayıb.
Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə təqsirli bilinən Xaçmaz şəhər sakini, 1985-ci il təvəllüdlü Nəsirov Turxan Akif oğlu saxlanılıb.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.