Vladimir Putinlə Viktor Orban danışıqlar aparacaq

Siyasət
14:10 / 05.07.2024
2565
Rusiya Prezidenti Vladimir Putin və Macarıstanın Baş naziri Viktor Orban iyulun 5-də danışıqlar aparacaq.
Sfera.az bildirir ki, bu barədə “RİA_Kremlinpool” teleqram kanalında məlumat yayılıb.
“Macarıstan Baş nazirinin səfəri nə Moskva, nə də Budapeşt tərəfindən əvvəlcədən elan edilib”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, Orban sonuncu dəfə 2022-ci ilin fevralında Moskvada olub.
Qeyd edək ki, ötən günlərdə Macarıstanın Baş naziri Kiyevə səfər edib və orada Zelenskiyə sülh danışıqları istiqamətində plan təklif edib. Ukrayna lideri isə təklifi rədd edib.
Günay