Britaniyanın “Cənab Qanun” ləqəbli yeni Baş naziri kimdir? - DOSYE

Britaniyanın “Cənab Qanun” ləqəbli yeni Baş naziri kimdir? - DOSYE

İngiltərədə Leyboristlər Partiyası 4 iyulda keçirilən ümumi seçkilərdə 14 ildən sonra çoxluğu qazanaraq hakimiyyətə gəlib. Beləliklə, Leyboristlər Partiyasının 61 yaşlı lideri Keir Starmer Böyük Britaniyanın növbəti Baş naziri olacaq.

 

Bəs Böyük Britaniyanın Baş naziri vəzifəsində Rişi Sunakı əvəz edəcək Leyboristlər Partiyasının lideri Keir Starmer kimdir?

 

Sfera.az onun haqqında məlumatı təqdim edir.

 

Starmer 1961-ci ildə Londonda anadan olub. Onun anası Milli Səhiyyə Xidmətində, atası isə metal emalı fabrikində işləyib. Gələcək Baş nazir 1985-ci ildə Lids Universitetini hüquq üzrə bakalavr dərəcəsi ilə bitirib. 1986-cı ildə Oksford Universitetində Mülki Hüquq üzrə magistr dərəcəsi alıb. O, əsasən cinayət müdafiəsi sahəsində çalışıb və insan hüquqları məsələlərində ixtisaslaşıb. Keirin ailəsi Leyboristlər Partiyasının sadiq tərəfdarları idi. Əslində, onun adı da partiyanın ilk lideri olan Şotland mədənçi Keir Hardiedən ilhamlanaraq qoyulub. O, 16 yaşında Leyboristlər Partiyasının yerli gənclər təşkilatlarına qoşulub və bir müddət “Sosialist Alternativlər” adlı radikal sol jurnalda redaktor vəzifəsində çalışıb. O, ailəsində kollecə gedən ilk şəxs idi. 

 

1990-cı ildə “Doughty Street Chambers”in üzvü olub və 2002-ci ildə Kraliçanın Məsləhətçisi (QC) təyin edilib. 2015-ci ildə Starmer Londonun şimalındakı Kamden seçki dairəsindən deputat seçilib. Həmin vaxt Ceremi Korbinin rəhbərlik etdiyi Leyboristlər Partiyası ana müxalifətdə idi. Korbin Starmeri Daxili İşlər üzrə sözçüsü təyin edib.  Kölgə naziri olaraq Starmer hökumətin immiqrasiya ilə bağlı fəaliyyətini xüsusilə diqqətlə araşdırıb. Leyboristlər Partiyası 2019-cu il ümumi seçkilərində ağır məğlubiyyətə uğrayıb. Bu, 1935-ci ildən bəri partiyanın ümumi seçkilərdəki ən böyük məğlubiyyəti idi. Korbin məğlubiyyətdən sonra istefa verib. Keir Starmer 4 aprel 2020-ci ildə Leyboristlər Partiyasının lideri seçilib. 

 

Gələcək Baş nazir  tez-tez “darıxdırıcı” olduğuna görə rəqibləri tərəfindən ələ salınır. Starmer özünü qaydalara əməl edən biri kimi göstərməyi xoşlayır. Onun ləqəblərindən biri də “Cənab Qanun”dur. O, yalnız bir dəfə qanunu pozub. Polis onu yeniyetmə ikən bir dəfə icazəsiz dondurma satarkən yaxalayıb.

 

Starmer “Guardian” qəzetinə verdiyi müsahibədə özü ilə bağlı bunları deyib:  “Mən məğlub olmağa nifrət edirəm. Bəziləri deyir ki, vacib olan iştirak etməkdir. Amma mən o adamlardan deyilən”. Bununla da gələcək Baş nazir rəqabətçi mövqeyini nümayiş etdirib.

 

Keir Starmer 2007-ci ildən Britaniya Milli Səhiyyə Xidmətində (NHS) işləyən Viktoriya Alexander ilə evlidir və cütlüyün iki övladı var.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...