Uzunmüddətli əmanətlər sürətlə ARTIR - SƏBƏB

Uzunmüddətli əmanətlər sürətlə ARTIR - SƏBƏB

Azərbaycanda uzun müddətə qoyulan əmanətlər üzrə faiz gəlirlərinin vergidən azad edilməsi uzunmüddətli əmanətlərin həcminin sürətlə artmasına səbəb olub.

 

Sfera.az xatırladır ki, uzun müddətə yerləşdirilən əmanətlər 2024-cü ilin yanvarın 1-dən sonra vergidən azad edilib.

 

Yeni qaydalara asasən, manatla 18 ay və daha uzun müddətə banka yerləşdirilən əmanətlərin faiz gəlirindən vergi alınmır. Vergi güzəştinin tətbiqindən sonra uzunmüddətli əmanətlərin həcmi sürətlə artır. 2024-cü ilin yanvar-may ayları ərzində bütün əmanətlər 5,64 faiz artdığı halda, uzunmüddətli əmanətlərin həcmi 30 faizə yaxın artıb.

 

2023-cü ilin sonunda banklarda 12,948 milyard manat həcmində əmanət var idi. 2024-cü ilin iyulun 1-də əmanətlərin həcmi 13,68 milyard manata çatıb. Beş ay ərzində əmanətlərdə 730 milyon manat artım qeydə alınıb. Bu artımın tamamı məhz uzunmüddətli əmanətlər hesabına baş verib. İlk 5 ayda uzunmüddətli əmanətlər 752 milyon manat artaraq 3,338 milyard manata çatıb.

 

Qeyd edək ki, 18 ay və daha uzun müddətə qoyulan əmanətlərə görə banklar yüksək faiz ödəməklə yanaşı, faiz gəlirlərindən vergi də alınmır. Qısa müddətə qoyulan əmanətlərdə isə əksinə, həm faizlər aşağıdır, həm də faizlərdən 10 faiz vergi tutulur. Bu səbəbdən son aylarda qısamüddətli əmanətlərin həcmində artım qeydə alınmayıb.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...