UEFA Ronaldunu cərimələyə bilər
11:25 / 05.07.2024
2769
Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu Almaniyada təşkil olunan Avropa çempionatında UEFA qaydalarını pozaraq reklam verməkdə ittiham olunur.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, "Whoop" şirkəti AVRO-2024-də Sloveniya yığması ilə 1/8 final matçında (0:0, penalti seriyasında 3:0) hücumçunun məlumatlarını dərc edib.
Penaltilər seriyasında forvardın nəbzi dəqiqədə 180-dən 100-ə düşüb və Bernardu Silvanın həlledici zərbəsi zamanı 180-ə yüksəlib.
Turnirin sponsorlarının fikrincə, Ronaldu və şirkət cərimə olunmalıdır.
Qeyd edək ki, oyunçu "Whoop"un investoru və səfiridir. AVRO-2024 iyulun 14-də başa çatacaq.